a804b772-d56d-452f-af8e-fdeb6f0c8748..jpg

Əli Əhmədov: “Azərbaycan qadınların elm və təhsil sahəsində inkişafı üçün lazım olan bütün şəraiti yaradıb”

Baxış sayı: 485 dəfə baxılıb.

Əli Əhmədov: “Azərbaycan qadınların elm və təhsil sahəsində inkişafı üçün
lazım olan bütün şəraiti yaradıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Qadınlarının VI Qurultayını fərqləndirən iki başlıca xüsusiyyət
diqqəti cəlb edir. Bunun birincisi qurultayın ulu öndər Heydər Əliyevin 100
illik yubileyinə həsr olunmasıdır. İkincisi isə qurultayın ilk dəfə olaraq
suverenliyini bütünlüklə bərpa etmiş Azərbaycanda baş tutmasıdır. Bu, çox
tarixi hadisədir və qurultaya xüsusi məna, gözəllik verir”.

Cixisyolu.com-ın məlumatına görə, bunu ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə
həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında Azərbaycan Respublikası
Baş nazirinin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, ailə cəmiyyətin özəyidir:

“Ailə və cəmiyyət qadınlarsız təsəvvür edilə bilməz. Azərbaycan qadınların elm
və təhsil sahəsində inkişafı üçün lazım olan bütün şəraiti yaradıb və bundan
sonra da qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində əlindən gələni
edəcək.

İndiki qadınlar 15-20 il əvvəlki qadınlardan çox fərqlənirlər. Onlar
cəmiyyətdə və dövlət strukturlarında geniş fəallıq göstərirlər”.

İlhamə Əbülfət

Source link