ad1386cf-3a56-46de-9222-d2a9b447fa17.webp

Əli Əhmədov: “Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir”

Baxış sayı: 174 dəfə baxılıb.

“Azərbaycana qarşı olan təzyiqlər xalqı birləşdirir. Müstəqillik birdəfəlik
qəbul edilən aksiyadır. Amma onu qorumaq üçün hər gün, hər ay, hər il çalışmaq
lazımdır”.

Cixisyolu.com xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclis
sədrinin birinci müaviniƏli Əhmədov deyib.

O bildirib ki, Azərbaycanın qalib dövlətə çevrilməsi, gücünün artması bölgədə
neqativ halların qarşısını alan amilə çevrilib:

“Buna görə də Azərbaycana qarşı təzyiqlər artıb. Bu cür təzyiqlər, təhdidlər,
əslində, Azərbaycan cəmiyyətini birləşdirir. Bu gün əminliklə deyə bilərik ki,
Azərbaycan xalqı Prezidentiİlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə
dəstəkləyir”.

Mərahim Nəsib

Source link