Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin idarə
heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.
“Qaynarinfo”nun məlumatına görə, Sübhan Kazımov 4 sentyabr 2024-cü il
tarixindən idarə heyəti sədrinin müşaviri təyin olunub.
“Azərpoç” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova
məlumatı təsdiqləyib. Qeyd edək ki, ötən ay Sübhan Kazımov “Azərpoçt” MMC-nin
idarə heyətinin üzvlüyündən azad edilib.
O, 2022-ci ilin may ayına qədər “Azərpoçt” MMC-nin baş direktorun müavini,
sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra idarə heytənin üzvü olub.
Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin
sədr müavini Əli Əhmədovun bacısı oğludur.