bf911a24-4135-4ce2-97eb-8eb62a7743b1..jpg

Əli Əlizadə: “Səfirliyə hücumla bağlı İran məhkəməsinin layiqli qərar çıxaracağına ümid edirik” – FOTO

Baxış sayı: 732 dəfə baxılıb.

Əli Əlizadə: “Səfirliyə hücumla bağlı İran məhkəməsinin layiqli qərar
çıxaracağına ümid edirik” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrandakı Azərbaycan səfirliyinə hücumla bağlı İran məhkəməsinin ədalətli və
layiqli qərar çıxaracağına ümid edirik.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə özünün “X” hesabında yazıb.

“Biz bu terror aktını törədənlərin tam və ağır formada cəzalandırılmasını
gözləyirik”, – deyə o bildirib.

Xatırladaq ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 9
radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən
şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə
xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə
əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Azərbaycan XİN yanvarın 30-da
səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti
dayandırılıb.

İrandakı Azərbaycan səfirliyinə terror aktı təşkil edən şəxsin ilk məhkəmə
iclası bu gün keçiriləcək.

Visited the grave of our precious brother #Orkhan
Askerov on
his death anniversary, who was martyred as a result of the terrorist attack
against our#Embassy
@AzEmbIran
, and paid tribute to his
dear memory. RIP 🙏!

As a result of this terrorist attack, we also had seriously…
pic.twitter.com/p3vLi0jOQu
— Ali Alizada 🇦🇿 (@Ali_F_Alizada) January 27, 2024

Source link