7d6abcaa-191a-4c4a-89d4-b208015e0d10..jpg

Əli Əsədov: “Bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi gözlənilir”

Baxış sayı: 523 dəfə baxılıb.

Əli Əsədov: “Bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə
endirilməsi gözlənilir”

Azərbaycanda bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəyə
endirilməsi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın 2024-cü il üzrə dövlət
büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin
göstəriciləri, həmçinin Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi
və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr
olunmuş Nazirlər Kabinetinin geniş iclasında Baş nazir Əli Əsədov deyib.

Ə.Əsədov vurğulayıb ki, buna nail olunması dövlət başçısının hökumət
qarşısında qoyduğu başlıca tapşırıqlardan biridir.

Onun sözlərinə görə, bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul
tarixli Sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi
qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və
təhlili istiqamətində zəruri işlər görülməkdədir.

“İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə
qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi davam etdiriləcək. Məhz bu
baxımdan ortamüddətli dövrdə də hökumət qarşısında əsas çağırışlardan birinin
makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin edilməsidir”, – deyə baş
nazir qeyd edib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə orta illik inflyasiyanın
5,3%-ə qədər azalmasını gözləyir. 2025-ci ildə orta illik inflyasiya 4,9%,
2026-cı ildə 4,4%, 2027-ci ildə 4,2% səviyyəsində proqnozlaşdırılır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 11,7% səviyyəsində
qeydə alınıb.

Source link