5137b46d-a60e-46ec-8923-0795b81cc5d6..jpg

Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşüb

Baxış sayı: 640 dəfə baxılıb.

Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya
Federativ Demokratik Respublikası baş nazirinin müavini Temesgen Tirunehin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Efiopiya ilə əlaqələrin
inkişafına əhəmiyyət verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq
təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

İkitərəfli səviyyədə münasibətlərin möhkəmləndirilməsi üçün mövcud imkanlardan
istifadə edilməsinin önəmi vurğulanaraq, xüsusilə dövlət xidmətlərinin
çatdırılması və sosial innovasiyalar sahəsində əməkdaşlığın son vaxtlar yaxşı
dinamika nümayiş etdirdiyi bildirilib.

Efiopiya Baş nazirinin müavininin səfəri çərçivəsində imzalanmış və “ASAN
xidmət” konsepsiyası əsasında bu ölkədə dövlət xidmətlərini həyata keçirəcək
mərkəzlərin yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd
edilib.

Görüşdə Azərbaycan-Efiopiya əlaqələrinin bir sıra istiqamətlərdə
genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Source link