Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri ilə əməkdaşlığın cari
vəziyyətini müzakirə edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri
Giorgi Amilaxvari ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan
arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bütün
sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında humanitar sahədə əməkdaşlığın səviyyəsi yüksək
qiymətləndirilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığın
cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.