Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun
müşayiəti ilə Minsk vilayətinin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində
olub.
Cixisyolu.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Hökumət başçılarına layihə çərçivəsində istifadə olunan fərdi tikintiyə dair
yeni yanaşmalar və texniki həllər barədə məlumat verilib, mikrorayonda yaşayış
binalarına, mühəndis, nəqliyyat və sosial infrastruktur obyektlərinə baxış
keçirilib.