e6f15d7f-4ee0-4c7e-b760-105dda3088de..jpg

Əli Mirəliyev ƏSƏBİLƏŞDİ: “Gülbaharı da, Toliki də məhkəməyə vermişik” – AÇIQLAMA

Baxış sayı: 645 dəfə baxılıb.

Əli Mirəliyev ƏSƏBİLƏŞDİ: “Gülbaharı da, Toliki də məhkəməyə vermişik” –
AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gülbaharı da, Toliki də məhkəməyə vermişik”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında bəstəkar mahnılarının mahir ifaçısı Əli
Mirəliyevmərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyevanın onu
məhkəməyə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, sözügedən məsələnin böyüməsində Tarix Əliyevin ( Tolikin) əli
var:

“Məhkəməyə onları mənim qızım verib. Bu məsələnin səbəbkarı elə Tolikdir.
Gülbahar da Tolikin dəstəsindəndir.

Mərhum İlhamə xanımın dəfnində, meyitin yanında mən idim. O mənim yaxınım idi.
İlhaməyə qızım, baxıcısı Fatma, Mehriban baxıb, mən baxmışam. Mehribanı da
sonradan şərlədilər”.

Ə.Mirəliyev sonda İlhamə Quliyevanın oğlu haqqında danışıb:

“Orxan da yad deyil, qohumdur. İndi qalıb küçələrdə. Açığı məlumatım yoxdur.
Məncə, bu söhbətləri bağlasaq, yaxşı olar”.

Xatırladaq ki, mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva
müğənni Əli Mirəliyevi bacısı haqqında uzun illərdir xoşagəlməz sözlər dediyini
əsas gətirərək məhkəməyə verib. O, bu haqda televiziya verilişlərinin birində
deyib.

Nəzrin Vahid

Source link