7e46b38a-158a-4103-bec9-46205b6a8aad..jpg

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” – VİDEO

Baxış sayı: 738 dəfə baxılıb.

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən heç vaxt imicimi dəyişməmişəm, bu barədə düşünməmişəm. Xahiş ediblər ki,
10 dəqiqəlik parik taxım, düz 10 gün dil töküblər, məcbur olub razılaşmışam”.

Bunu “Qaynarinfo”ya açıqlamasında müğənni Əli Mirəliyev illər sonra
görünüşünün 180 dərəcə dəyişməsinə aydınlıq gətirərkən deyib.

Sənətçi bunun şou olduğunu əlavə edib:

“Bizimkilər yaxşı şeyi efirə verməzlər, nəyi mənfi görürlərsə, onu da gündəmə
gətirirlər. Dedilər ki, gəl belə bir şou edək, parik qoyanlar özlərini
görsünlər. Mən də razı oldum. Zəng edib deyirlər ki, belə daha gözəl
görünürsən. Həmin adamlar mənim cavanlığımı görməyiblər. Vaxtında məndən ötrü
ölənlər olub. Dərdimdən dəli-divanə idilər. Yaraşıqlı oğlan idim”.

Əli Mirəliyev parik geyinən və botoks etdirən kişi həmkarlarına mesaj
ünvanlayıb:

“İnsan hər yaşında gözəl və təbii olmalıdır. Kişi botoks etdirməz, saçına rəng
qoymaz, saç əkdirməz. Kişi də saçını rəngləyər? Mən bunlara qarşı həmişə
mübarizə aparmışam, aparacağam da. Parik taxanlar görsünlər ki, uzaqdan necə
pis görünürlər”.

Qeyd edək ki, müğənni Əli Mirəliyev efirlərin birinə parikdə çıxıb. Onun bu
görünüşü geniş müzakirəyə səbəb olub.



Source link