031f4aab-2661-48ab-a730-a4c5bbadf33b..jpg

Əlibaba Məmmədovun qızı: “Atamın mahnılarının varisi mənəm, mahnılarını oxuyanda məndən icazə almırlar” – FOTO

Baxış sayı: 642 dəfə baxılıb.

Əlibaba Məmmədovun qızı: “Atamın mahnılarının varisi mənəm, mahnılarını
oxuyanda məndən icazə almırlar” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atamın sənətdəki yolunu nəsildən heç kim davam etdirmir. Heç birinin səsi
atamın səsi qədər gözəl olmayıb. Olsaydı, bu sənətin ardınca gedərdilər. Atamın
əmisi çox yaxşı oxuyan olub. Atam bu haqda kitablarında da yazıb. Elə atamda da
sənətə həvəs əmisindən gəlib. Əlibaba müəllimin nəticələri, yəni mənim
nəvələrim instrumental alətlərdə ifa edirlər, təhsil alırlar. Oğlan nəvəm
klarnet ifaçısı kimi artıq toylara gedir”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əlibaba Məmmədovun qızı Rəqsanə
Məmmədli deyib.

O daha sonra əlavə edib:

“Atamın mahnılarının varisi mənəm. Hətta Əqli Mülkiyyət Agentliyindən məni
axtarıb tapdılar və bildirdilər ki, atanızın mahnılarından gələn qonorarlara
görə mütləq şəkildə hesab açdırmalısınız. Mən də gedib bankda hesab açdırdım.
Hələ ki, ora heç bir məbləğ gəlməyib. Mahnı oxuyanda məndən heç kim icazə
almır. Heç kimə qadağan da edə bilmərəm ki, oxuma. Yaxşı oxusunlar. Arzum budur
ki, atamın mahnılarını onun yazdığı kimi ifa etsinlər, qol-qabırğasını
sındırmasınlar. Atamın bütün mahnılarının sözləri yadımdadır, hamısını əzbər
bilirəm. İndi axı dəbdədir, cürbəcür ritmlər qatırlar mahnılara. Nəsə improvizə
etmək istəyirsinizsə, yeni mahnı yaradın və edin. “Dəşti” təsnifini atam
yaradıb. Xalq artisti Simarə İmanova bu mahnını oğlunun toyunda onunla elə
gözəl ifa etdi ki. Bir neçə dəfə özüm dinləmişəm. Bilirəm ki, hamının da xoşuna
gəlib”.

Source link