21f338d7-10ae-459a-82e6-bac87aea962c..jpg

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Baxış sayı: 558 dəfə baxılıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Ülkər Səttarova Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət
Agentliyinin direktoru vəzifəsinə təyin olunub.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Ü.Səttarova 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində
tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Azərbaycan
Memarlıq və İnşaat Universitetində informasiya sistemləri ixtisası üzrə magistr
dərəcələrini alıb. 2011-2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat
Universitetində sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə
dissertantura, 2014-2019-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) İdarəetmə Sistemləri İnstitutunun Fransanın Monpelye Universiteti ilə
birgə təklif etdiyi sistemli analiz və informasiyanın işlənməsi ixtisası üzrə
doktorantura təhsili alıb. 2020-ci ildən Niderland Krallığının Maastrixt
Universitetində təhsilin idarə olunması ixtisası üzrə doktorantura təhsilini
davam etdirir.

Ü.Səttarova 2004-2016-cı illərdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda
tədqiqatçı, 2014-2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində
Strateji planlaşdırma departamentinin müdiri, 2018-2020-ci illərdə strateji
inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020-2021-ci illərdə elm və
təhsil nazirinin müşaviri, 2022-2023-cü illərdə Təhsildə Keyfiyyət Təminatı
Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Ü.Səttarova Mərkəzi və Şərqi Avropa Ölkələrinin Ali Təhsildə Keyfiyyət
Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) ilk azərbaycanlı üzvüdür.

Source link