97a8b864-61b5-4f41-b0fc-dddd944bd270.jpg

Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb

Baxış sayı: 205 dəfə baxılıb.

“Elm və Təhsil Nazirliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar
tədbirlər planı hazırlayıb”.

“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov
oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan “İqlim
keçidlərində ali təhsilin rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı
deyib.

Onun sözlərinə görə, orta və ali məktəblərdə ekoloji şüur formalaşdırılmalıdır:

“İnsan kapitalının ali təhsildə vacib rolunu nəzərə alsaq, iqlim
maarifləndirməsində ali təhsilin trayektoriyasını genişləndirmək vacibdir”.

F.Qurbanov bildirib ki, bu həftə təhsil müəssisələrində “Yaşıl həftə” elan
olunub:

“Seminarlarla şagirdlərdə və tələbələrdə mədəniyyətin formalaşdırılmasına
çalışırıq”.

Source link