bfd88a09-e403-4d84-a913-f49b1e8b74a3..jpg

Elman Quliyev: “Pensiyaçıyam, amma Füzulidə oğlumla işimizi qurmağa çalışacağıq”

Baxış sayı: 660 dəfə baxılıb.

Elman Quliyev: “Pensiyaçıyam, amma Füzulidə oğlumla işimizi qurmağa
çalışacağıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Doğma yurdumuza, xatirələrimizə qovuşmağa gedirik”.

Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi
köçkünElman Süleyman oğlu Quliyev deyib.

O bildirib ki, Füzuli ilə bağlı hər şeyi xatırlayır:

“Mən Füzuli rayonu, Xanlar küçəsi, 82 ünvanındakı evdə dünyaya gəlmişəm.
Köçkünlük həyatımızı isə Bakıda, Xətai rayonunda yaşadıq. Füzuli ilə bağlı
bütün xatirələrim anbaan yadımdadır, heç vaxt da yadımdan çıxmaz. Bu gün
xatirələrimizə, uşaqlığımıza qovuşmağa gedirik. Pensiyaçıyam, amma oğlumla iş
adamı kimi fəaliyyət göstərirəm. İnşallah, Füzulidə də işimizi qurmağa
çalışacağıq. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər
Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə
cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha
27 ailə, 115 nəfər öz doğma yurduna köçürülür. Bununla da ümumilikdə 527
ailənin (1 969 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

Source link