Elman Rüstəmov: Manat ucuzlaşmayacaq

Elman Rüstəmov: Manat ucuzlaşmayacaq

Baxış sayı: 2. 969 dəfə baxılıb.

Cari ilin əvvəlindən manatın məzənnəsi sabit qalıb. Manatla pul bazası 11 faiz artıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu Mərkəzi Bank sədri Elman Rüstəmov bəyan edib.

O qeyd edib ki, manata inamın artması manatla əmanətlərin həcminə də təsir göstərib.

“Cari ilin iki ayında manatla əmanətlər 16 faiz artıb.   

Manatın milli valyutasının dəyərdən düşməsi üçün heç bir fundamental amil yoxdur. Valyuta hərraclarının əksəriyyətində tələb təklifi üstələyib”. 

Kredit faizlərinin aşağı salınıb-salınmayacağına gəlincə, E.Rüstəmov uçot dərəcəsinin müəyyən siqnal rolunu oynayacağını deyib. 

Leyla Əliyeva
www.ÇıxışYolu.Com