Elmar Məmmədyarov ABŞ səfirini qəbul edib

Elmar Məmmədyarov ABŞ səfirini qəbul edib

Baxış sayı: 3. 603 dəfə baxılıb.

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ səfiri Robert Sekutanı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

ÇıxışYolu.Com xəbər verir ki, görüşdə Robert Sekuta fəaliyyət müddəti ərzində Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə R.Sekutaya təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat, ticarət, terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. 

www.ÇıxışYolu.Com