Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla
dolanmışam?” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Aldığım maaşa əlavələr də olunurdu”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov
İTV-də yayımlanan verilişlərin birində deyib.
O bildirib ki, aldığı pul onu qane edirdi:
“Mənim səfir diplomatik rütbəmə, həm də nazir kimi digər xərclərə görə
əməkhaqqıma olunan əlavələri və təchizat xərclərini də nəzərə alsaq aldığım
məbləğ kifayət qədər münasib idi. Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız
maaşla dolanmışam? Ümumiyyətlə deyə bilərəm ki, mənim sıxıntım olmayıb. Həyatım
boyu kasıb insan olmamışam. Atam akademik idi, mən hələ 1988-89-cu illərdə
Sovet İttifaqında dollarla maaş alırdım”.
Sabiq nazir onu da əlavə edib ki, 13 ilə yaxın bir müddətdə Birləşmiş
Ştatlarda yaşayıb və hər zaman yüksək əməkhaqqı alıb.
Ətraflı videoda: