a0f6b415-4424-4a2d-9ced-d1856ced7d75..jpg

Elmar Məmmədyarov tapşırıqla XİN-ə işçi götürdüyünü etiraf etdi – VİDEO

Baxış sayı: 723 dəfə baxılıb.

Elmar Məmmədyarov tapşırıqla XİN-ə işçi götürdüyünü etiraf etdi – VİDEO

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə
tapşırıqla XİN-ə işə götürdüyü şəxslərdən danışıb.

O, bu barədə APA TV-nin əməkdaşının “Nazir olduğunuz müddətdə qohumlarınızın
və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etmisiniz?” sualını
cavablandırarkən fikir bildirib.

“Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki,
kiminsə oğlu, nəvəsi işə düzəlməsin. Kimi soruşsanız, görəcəksiniz. Bu, təbii
məsələdir. Özü də pis uşaqlar deyil, hamısı savadlıdır. Deməzdim ki, XİN-də
bütün kollektiv qohumluğa görə işə qəbul olunub,” – sabiq XİN başçısı suala
cavab olaraq bildirib.

Həmin müsahibəni təqdim edirik:


Source link