Elmir Əlizadə: “Füzulidən çıxanda körpə uşaq idim, indi isə ailəmlə qayıdıram”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Füzulidən çıxanda körpə uşaq idim, bu gün isə ailəmlə qayıdıram doğma yurda”.
Bunu Cixisyolu.com-a açıqlamasında Füzuli sakini, keçmiş məcbur köçkün Elmir Əlizadə
deyib.
O qeyd edib ki, bu günü illərdir səbirsizliklə gözləyiblər:
“Bu gün hamımız çox sevincliyik, illərdir yolunu gözlədiyimiz doğma Füzulimizə
qayıdırıq. Hər bir keçmiş məcburi köçkünə öz doğma yurduna qayıtmağı, bu
günləri yaşamağı arzu edirəm. Bu gün beş nəfərlə qayıdırıq Füzuliyə.
Bizə belə gözəl hissləri yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza
təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə
cansağlığı versin!”
Xatırladaq ki, bu gün daha 25 ailə (72 nəfər) Füzuli şəhərinə köçürülür.
Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması
təmin edilib.
Aytac Qasımova