79355b06-d8d7-4970-8ea7-bc0369fceb0e..jpg

Elmir Vəlizadə: “Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və modelləri bəzi ölkələrə təqdim edilir”

Baxış sayı: 545 dəfə baxılıb.

Elmir Vəlizadə: “Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və modelləri
bəzi ölkələrə təqdim edilir”

“Son dövrlərdə kritik informasiya infrastrukturu sahəsi üzrə normativ hüquqi
sənədlər bazasının formalaşdırılması və əməli tədbirlərin həyata keçirilməsi
sahəsində addımlar atılır”.

Cixisyolu.com-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya
şöbəsinin sektor müdiri Elmir Vəlizadə Bakıda keçirilən dövlət qurumlarının İT
rəhbərlərinin II zirvə toplantısında deyib.

Onun sözlərinə görə, artıq informasiya sistemləri ölkəmizdə kritik əhəmiyyətli
sistemlər səviyyəsinə gəlib çıxıb:

“Bu, onun vacibliyini gündəlik həyatımızda olan önəmini göstərir. 2003-cü ildə
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilən zaman ilk səfərini
Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Samitinə edib və orada
çıxışı zamanı Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının
tətbiqinin ölkəmiz üçün prioritet olduğunu bəyan etmişdi. Keçən 20 il dövründə
bunun real şahidi olduq”.

O bildirib ki, Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və modelləri
bəzi ölkələrə təqdim edilir:

“Bu sahədə vacib texnologiyaların tətbiqi, milli standartlarımızın işlənməsi
və tətbiq edilməsi bizim üçün vacibdir”.

E.Vəlizadə əlavə edib ki, informasiya təhlükəsizliyi üzrə əlaqələndirici
komissiya mövcuddur:

“Bütün strateji məsələlərə baxılır və qərarlar qəbul olunur”.

İlhamə Əbülfət

Source link