Aliment borcları üzrə məcburi ödəniş mexanizmi hazırlanmalı və tətbiq edilməlidir.
ÇıxışYolu.Com məlumat verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə illik məruzəsində deyilir.
Qeyd olunur ki, mövcud vəziyyət, rəsmi nikahda olmayan və ya natamam ailələrin, boşanmaların və baxımsız uşaqların sayının artması göstərir ki, müvəkkilin illik məruzələrində və aidiyyəti qurumlara müraciətlərində öz əksini tapmış Aliment fondunun yaradılması qaçılmaz zərurətdir.