ad9a9afb-f986-4486-8a80-ccf5224e5480.webp

Elnarə Abdullayevadan qızı barədə bəd xəbərə münasibət: “Axı yaxşı deyil!”

Baxış sayı: 72 dəfə baxılıb.

Əməkdar artist Elnarə Abdullayeva qızı Xədicənin xəstəxanaya yerləşdirilməsi
haqqında yayılan xəbərlərə münasibət bildirib.

Əməkdar artist Teleqraf.com-a Xədicənin səhhətinin yaxşılaşdığını deyib:

“Qızımın səhhəti yaxşıdır. Ötən gün aparıcı Nanə Ağamalıyevanın verilişindən
zəng etdilər və proqrama dəvət etdilər. Mən də dedim ki, qızım narahatdır, onu
xəstəxanaya aparıram. Qrip olub. Günorta olduğuna görə, verilişə çata
bilmirdim. Xəstəxanadan qızımla çıxıb, avtomobilə minəndə mənə çoxlu zəng
gəlməyə başladı. Qohumlar zəng vurub dedilər ki, qızın reanimasiyaya
yerləşdirilib?

Mən bundan sonra heç kimə həqiqəti deməyəcəyəm. Bir hadisə olsa belə… Axı
yaxşı deyil. Qızım başqa evin gəlinidir. Mən adam kimi səbəbini dedim ki,
məndən inciməsinlər”.

Qeyd edək ki, ötən gün Elnarə Abdullayevanın qızının virusa yoluxaraq
xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilməsi barədə xəbər yayılıb.

Source link