Elnarə “Onu sən yaşat” aksiyasına qoşuldu – FOTO

Elnarə “Onu sən yaşat” aksiyasına qoşuldu – FOTO

Baxış sayı: 3. 139 dəfə baxılıb.

Müğənni Elnarə Xəlilova Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi “Xeyirxah” kampaniyasına qoşulub. 

ÇıxışYolu.Com xəbər verir ki, ifaçı qaraciyər çatışmazlığından əziyyət çəkən Tural Hacıyev üçün “Onu sən yaşat” devizi altında başladılan aksiyada iştirak edəcək. 

Aksiya çərçivəsində Elnarə Xəlilova layihənin könüllüləri ilə görüş keçirib. Sevilən müğənni ilə yanaşı, tələbələrinin də iştirak etdiyi görüşdə kampaniya çərçivəsində aparılan işlər müzakirə olunaraq, fikir mübadiləsi aparılıb. 

Bildirilib ki, tərəflər hazırkı aksiya və bundan sonrakı aksiyalarda birgə əməkdaşlıq edəcəklər.
Sonda ictimai fəal gənclərdən ibarət komanda Elnarə Xəlilovanı “Xeyirxah”ın ulduz səfiri elan edib. 

www.ÇıxışYolu.Com