520533ac-687b-4042-a0ae-ffd387197285..jpg

Elnarə: “Rusiyada çox yüksək səviyyədə konsert proqramlarım keçir”

Baxış sayı: 2. 547 dəfə baxılıb.

Elnarə: “Rusiyada çox yüksək səviyyədə konsert proqramlarım keçir”

“Mənim heç vaxt toy qiymətim olmayıb, kim nə veribsə, ona qane olmuşam. Toy
qiymətlərimi qaldırmamışam ki, indi də endirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında əməkdar artist Elnarə Abdullayeva Rusiyada
toy qiymətlərindən danışarkən deyib. Sənətçi həmişə Rusiyaya toy məclislərinə
dəvət aldığını deyib:

“Toyum olmasa, çıxıb gələcəyəm. Azərbaycandan da toya dəvətlər alıram.
Başımızı aşağı salıb gedirik. Mən dərə-təpə ilə yox, qatarla gedirəm. Harada
dayanacaqsa, dayansın. Rusiyada çox yüksək səviyyədə konsert proqramlarım
keçir. Hazırda müxtəlif şəhərlərdə görüşlərimiz də davam edir. Yanvar ayında
Rusiyada böyük konsert proqramım nəzərdə tutulmayıb”.

Elnarə Abdullayeva Bakı tamaşaçılarını da yaddan çıxartmadığını deyir:

“Bakıda 3 günlük konsert proqramlarım olub. İndi pandemiya olduğundan belə
konsertlərim təxirə düşüb. Vəziyyət tamam düzəlsin, pandemiya bitsin, sonra bu
barədə qərar verəcəyəm”.

Source link