Elnarədən Aygünün videosuna dəstək: Hamımız o gündəyik

Elnarədən Aygünün videosuna dəstək: Hamımız o gündəyik

Baxış sayı: 3. 313 dəfə baxılıb.

Müğənni Elnarə Xəlilova “ATV maqazin onlarla” proqramında Xalq artisti Aygün Kazımovanın bir neçə gün bundan əvvəl paylaşdığı arxiv video ilə bağlı açıqlama verib.

ÇıxışYolu.Com xəbər verir ki, “W-Trio”nun keçmiş solisti Aygünə dəstək olub:

“Bildim ki, pis niyyətlə paylaşılmayıb. Burada başqa niyyət yoxdur. Mən başa düşdüyümü deyirəm. 2000-2002-ci illər arası bu gündə olmuşuq. Necə varıqsa, eləyik. Hamımız o gündəyik.  Aygün Kazımovanın addımı böyüklük idi. Hər adamın işi deyil ki, belə bir jest etsin, addım atsın, “Instagram”da işarələyib, əl uzatsın”.

Qeyd edək ki, Kazımova Vaqif Gərayzadənin doğum günündə konsertindən arxiv videonu paylaşaraq küsülü olduğu Əməkdar artistlər Röya Ayxan və Tünzalə Ağayevanı işarələmişdi. Bundan sonra Röya ilə sənətçi arasında qalmaqal yaşanmışdı.

.
www.ÇıxışYolu.Com