a573cf99-cfc1-48f3-822b-6c16258febf6..jpg

Elnur Hüseynov qardaşların “Avroviziya”dakı yerindən danışdı

Baxış sayı: 616 dəfə baxılıb.

Elnur Hüseynov qardaşların “Avroviziya”dakı yerindən danışdı

Müğənni Elnur Hüseynov Azərbaycanı bu il “Avroviziya”da təmsil edəcək Tural və
Turan Bağmanov qardaşları barədə fikirlərini bölüşüb.

Axşam.az xəbər verir ki, “Səhərin səsi” verilişində qonaq olan Elnur “Tell me
more” mahnısını ilk onluqda gördüyünü deyib:

“Tural və Turan Bağmanov qardaşları çox şirindirlər. Uğurlar arzu edirəm və
onları müsabiqədə ilk onluqda görürəm. Son vaxtlar “Avroviziya”da səsverməni
başa düşmürəm. Tamaşaçılar iştirakçılara səs verirlər, amma sonradan hər şey
dəyişir. İnşallah təmsilçilərimizi onluqdan çıxartmazlar. Artıq bir-neçə ildir
ki, müsabiqədə ölkələrin və tamaşaçıların səs verməsi ilə beşliyə daxil oluruq,
sonra da münsif heyəti 15-20 dəqiqə ərzində hər şeyi qarışdırır və heç kimin
səs vermədiyini qoyur ön sıraya.

Məncə, bu doğru deyil. Əvvəlcə münsiflər səs verməlidirlər, ondan sonra
insanlar baxıb, bilməlidirlər ki, bu ölkənin iştirakçısına səs verək və önə
keçsin. Münsiflər heyəti nə istəyirlərsə edirlər, bu isə düzgün deyil.

O zaman səsvermə heç olmasın. Münsif olaraq, verin səsinizi və kimi
istəyirsinizsə, onu da “Avroviziya”da qalib edin. Buna görə də Azərbaycan artıq
uzun zamandır müsabiqədə ilk onluğa düşə bilmir”.

Qeyd edək ki, Elnur həmkarı Samir Cavadzadə ilə 2008-ci ildə Azərbaycanı
“Avroviziya” müsabiqəsində ilk təmsil edən ifaçı olub. O, daha sonra 2015-ci
ildə ikinci dəfə sözügedən müsabiqədə ölkəmizi təmsil edib.

Source link