42837fa7-65d0-45bd-bcbc-8945a41a4490..jpg

Elnur Məmmədov: “Valideynlərim üç il məni heç kimə göstərməyiblər”

Baxış sayı: 493 dəfə baxılıb.

Elnur Məmmədov: “Valideynlərim üç il məni heç kimə göstərməyiblər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bildiyimiz bəd nəzər var. Hər evə girəndə uşaqların başına üzərlik yandırmaq
məsələsi də var. Mən dünyaya gələndə valideynlərim üç il məni heç kimə
göstərməyiblər”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov verilişlərin
birində deyib.

Sənətçi sosial şəbəkədə paylaşdığı fotolarda övladlarının üzünü gizlətməsinin
səbəbini də açıqlayıb:

“Sevmədiyim şeylər var. Allah da buyurub ki, “Mənim sizə nəsib etdiklərim
yalnız sizə görədir və sizə aiddir”. Mənə aid olan var-dövləti və ya nəyisə
göstərməkdən utanıram. Özüm də bunun əziyyətini çəkmişəm. Mən bunun imtahanını
yaşamışam, ona görə də, göstərmək nəyə lazımdır? Evdə də hər hansısa bir
çəkiliş etməyi sevmirəm. Bunu göstərəndə nəyi demiş oluram? Onsuz da Allah bunu
mənə verib. Sırf mənim şəxsiyyətimə aid olan hansısa bir özəlliklərin
ictimailəşdirilməsini istəmirəm”.

Source link