2393c4ca-5c5c-407f-a758-9fb510c6274f.jpg

Elnur Soltanov: “Azərbaycan üçün milli töhfələr sənədini hazırlayırıq”

Baxış sayı: 266 dəfə baxılıb.

“Azərbaycan üçün milli töhfələr sənədini hazırlayırıq. İqlim müzakirələrinin
bel sütunu həmin sənəddir. İqlim fəaliyyət planları sözügedən sənəddə əksini
tapıb. Azərbaycan üçün 2022-ci ildə nəqliyyat üzrə emissiya ümumi 61 milyon
tondan çox olub”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı
tədbirdə COP29-un icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov
deyib.

O bildirib ki, dünyanın iqlim böhranının əsas səbəbi iqlim həllərinin baha
olmasıdır:

“Şirkətlər daha çox vəsait itirirlər. Ənənəvi həllər effektivdir. Hər kəs
qəbul edir ki, dövlətlərin verdiyi vəsait iqlim böhranlarının həllinə kömək
etmir. Dövlətlərin ayırdığı vəsait milyardlar olur. İqlim həllərinə trilyon
dollarlar lazım olur, məsələn, 7-8 trilyon dollar. Dövlətin strateji və optimal
qərarları ilə özəl sektora təşviqlər ayrılmalıdır. Sənaye sektorunun
karbonsuzlaşdırılması çox çətin olacaq.

Dövlət üçün xərci az olan 2 sektor üzümüzü güldürə bilir: elektroenergetika və
nəqliyyat. Elektroenergetika artıq ənənəvi həllərlə rəqabət aparacaq səviyyəyə
gəlir. Dəmir yolu elektrikləşdirməyə ən uyğun olan sahədir. Biz xalis sıfır
modellərin üzərində işləyirik. Azərbaycan əvvəlki öhdəliyi ilə müqayisədə çox
iddialı olacaq. Bütün dünyada elektrikli maşınları ilə bağlı debatlar gedir.
Elektrikli avtomobillərin faydalı iş əmsalı 70 faizə bərabərdir. Bu, ölkənin
daha çox qənaət etməsi mənasına gəlir”.

“Bizim üçün ən ciddi mövzu ədalətli keçiddir. Karbon emissiyalarını azaltmaq
üçün daha ucuz maliyyə vasitələri tapmalıyıq”, – deyə nazir müavini bildirib.

Məhərrəm Əliyev

Source link