5be3de08-341a-46b7-b117-ce8c44d8c4b3..jpg

Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib – FOTO

Baxış sayı: 747 dəfə baxılıb.

Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Energetika nazirinin müavini Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı
direktor təyin edilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə COP29-un “X” səhifəsində paylaşım olunub.

E.Soltanov 2004-2009-cu illərdə Texas Tech Universiteti, Slippery Rock
Universiteti və Truman State Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
O, həmçinin 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar
Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas
Tech Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.

E.Soltanov 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji
və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər
fakültəsində dekan vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası
energetika nazirinin bərpa olunan enerji və enerji səmərəliliyi məsələlərinə
cavabdeh müavinidir.

Elnur Soltanov has been appointed as Chief Executive Officer of #COP29
Azerbaijan.

📌 https://t.co/JhjRB8V02a
pic.twitter.com/wDSQRRLo9A
— COP29 AZ (@COP29_AZ) January 29, 2024

Source link