Elşad Hacıyev: “İşğal dövründə ərazilərimizdən narkotik tranziti üçün istifadə
ediblər”
“İşğal dövründə ərazilərimizdən narkotik tranziti üçün istifadə ediblər”.
“Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Daxili İşlər
Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında
deyib.
“Hazırda ekspertizalar davam edir. Ekspertizanın nəticələrindən sonra bir çox
məqamlara aydınlıq gələcək. Narkotik plantasiyalarındakı ən diqqətçəkən
məqamlardan biri ərazidə gözətçi məntəqəsinin olmasıdır. Bununla terrorçular
ərazini müşahidə edirdilər”, – o vurğulayıb.