Elşad Hacıyev: “Vətən müharibəsinə cəlb edilən DİN əməkdaşları vəzifələrini
şərəflə yerinə yetirdi” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyinin (DİN) sıralarına qoşulmaq arzusunda olan gənclərlə
müsahibələrdə “Torpaqlarımız işğaldadır. Hər an əmr ola bilər. Hazırsanmı?” –
deyə soruşulan ilk suallardan biri bu olurdu. Cavablar həmişə qəti idi: “Bəli.
Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazıram”.
APA xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərinə
cəlb edilən DİN əməkdaşları üzərlərinə düşən vəzifələri şərəflə, ləyaqətlə
yerinə yetiriblər:
“Bu gün də xidmətlərini davam etdirirlər. Yadımdadır ki, Şuşa, Xankəndi
ətrafında yolsuzluq şəraitində gecə postları yoxlayırdıq. Təhlükə var idi.
Çünki separatçıların qalıqları meşələrə, dağlara səpələnmişdilər, təxribatlar
törədirdilər. Orada DİN əməkdaşlarının təhlükəyə qarşı necə sipər olduqlarını
görürdük. Hər biri orada olmanın, xidmətin qürurunu yaşayırdı. Allah şəhidlərə
rəhmət eləsin”.