8704a3ef-c983-4dc3-9e36-b4d9f7ac8d7c..jpg

Elşad Mirbəşiroğlu: “Başqa dövlətlərə dərs keçməyə çalışan Fransa orta əsrlər təfəkküründə qalıb”

Baxış sayı: 534 dəfə baxılıb.

Elşad Mirbəşiroğlu: “Başqa dövlətlərə dərs keçməyə çalışan Fransa orta əsrlər
təfəkküründə qalıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu baş verənlər növbəti dəfə Fransanın irticaçı dövlət mahiyyətini ortaya
qoyur. Başqa dövlətlərə hansısa dəyərlərlə bağlı dərs keçməyə çalışan Fransa
özü orta əsrlər təfəkküründə qalıb”

Bunu Cixisyolu.com-a açıqlamasında politoloq, Milli Məclisin deputatı Elşad
MirbəşiroğluYeni Kaledoniyada baş verən iğtişaşlara cavab olaraq, Fransa
Hökumətinin ordunu adaya daxil etməsini şərh edərkən deyib.

Qeyd edək ki, bunun nəticəsində artıq 10-a yaxın qurban və 200-ə yaxın yaralı
var.

Görəsən ordunun Kaledoniyaya göndərilməsi kimi kimdən qorumağa hesablanıb? Bu
hücum nüvə silahına malik, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının (BMT TŞ) üzvü Fransanı, silahsız və əliyalın kanaklardan qorumaq üçün
təşkil olunub?

E.Mirbəşiroğlu bildirib ki, Fransa heç bir halda neokolonializm
(Neomüstəmləkəçilik) siyasətindən əl çəkmir:

“Onlar Yeni Kaledoniyanı öz nəzarətində saxlamaqda israr edirlər. Lakin Yeni
Kaledoniyada baş verənlər göstərir ki, onların Fransa əsarətinə sonsuzadək
dözmək niyyətləri yoxdur. Etiraz aksiyaları artıq sistemli və davamlı hal alıb.
Yeni Kaledoniya ilə bağlı təhlükəsizlik komissiyasının iclası zamanı Fransa
prezidenti Emmanuel Makron Yeni Kaledoniyada fövqəladə vəziyyətin tətbiq
edilməsini təklif etmişdi. Gözlənilirdi ki, bu ərazidə daha genişmiqyaslı güc
tətbiq ediləcək. Bu baxımdan ordunun adaya göndərilməsi Fransanın Yeni
Kaledoniyada əhaliyə qarşı daha sərt davranacağının nümunəsidir. Yeni
Kaledoniyada artıq ölənlər və həbs edilənlər var. Bütün bunlar Fransanın əsl
niyyətini ortaya qoyur.

Bundan başqa ayrı-ayrı ölkələrin, xalqların resurslarından öz maraqları üçün
istifadə etmək ənənəsi Qərbdə, xüsusilə də Fransa tarixində qırmızı xətlə
keçir. Fransanın bu gün də bu ənənədən əl çəkməməsi, o imkanlardan məhrum ola
bilmə təhlükəsi onu sərt davranışlara vadar edir. Hesab edirəm ki, bu,
neokolonializm erasının sonunun göstəricidir. Fransanın bütün cəhdlərinə
baxmayaraq Yeni Kaledoniyadakılar öz haqq səslərini ucaltmaqda davam edəcəklər.
Azərbaycan da neokolonializmə qarşı mübarizə aparan cəbhənin yanında yer alıb.
Bu da Azərbaycanın humanist yanaşmasının, dünyada ədalətin bərpa olunmasının
tərəfdarı olduğunun növbəti göstəricisidir. Ayrıca Bakının bu istiqamətdə bir
platforma rolunda çıxış etməsi onu göstərir ki, dünyanın çox azsaylı
ölkələrindən biri olmaqla, dünya xalqlarının taleyinə biganə qalmır. Onların
müstəqil, sərbəst inkişafına öz dəstəyini nümayiş etdirir. Fransa isə öz
addımları ilə növbəti dəfə sübut etdi ki, onlar insanlıq və bəşəriyyət üçün
təhlükəli olan təcrübələrini davam etdirmək istəyindədirlər”.

Könül Cəfərli

Source link