Elşad Nuriyev: “İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında
rezidentlər üçün infrastruktur qurulur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İşğaldan azad edilmiş ərazilərdə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi
Zonası” sənaye parklarında hazırda rezidentlər üçün infrastrukturun qurulmasına
başlanılıb”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin
İdarə Heyətinin sədriElşad Nuriyev Bakıda keçirilən “Dayanıqlı maliyyə və
investisiya” mövzusunda II Bakı Forumunda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, rezidentlər fəaliyyətə başlayana kimi onlar dövlət
vəsaiti hesabına tam olaraq infrastrukturla (qaz, işıq, su, kanalizasiya,
internet, dəmiryol xətti, daxili avtomobil yolları və s.) ilə təmin ediləcəklər:
“Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərindən
bir çoxu tərəfindən müəssisələrin inşası işləri sürətlə davam etdirilir.
2024-cü ildə Ağdam Sənaye Parkında divar kağızlarının, müxtəlif növdə
ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, prefabrik
dəmir-beton məmulatlarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və
müxtəlif metal məlumatların istehsalını həyata keçirən müəssisələrdə işlərin
yekunlaşması nəzərdə tutulur”.
Nəzrin Vahid