Elşad Nuriyev: “Metallurgiyaya dəstək layihəsi birgə müəssisə olacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hazırda Azərbaycanda metallurgiyaya dəstək verəcək xammal istehsalı
müəssisəsinin və Avropanın aparıcı taxta emalı və hazır məhsul müəssisəsinin
yaradılması ilə bağlı layihəyə baxılır”.
Cixisyolu.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların
İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev jurnalistlərə
açıqlamasında deyib.
O qeyd edib ki, yaxın zamanda bir neçə şirkətə rezidentlik statusu veriləcək:
“Metallurgiyaya dəstək layihəsi birgə müəssisə olacaq, məhsulun əsas hissəsi
ixrac olunacaq”.
E.Nuriyev qeyd edib ki, layihələr təsdiqlənsə, onlar ya Sumqayıt Kimya Sənaye
Parkı, ya da Ağdam Sənaye Parkında yerləşdiriləcək.
Nəzrin Vahid