16901d2e-e948-463e-9394-e0c0fca2e392..jpg

Elşad Nuriyev: “Sənaye parklarında rezidentlər üçün infrastruktur qurulur, müəssisələrin tikintisi gedir”

Baxış sayı: 592 dəfə baxılıb.

Elşad Nuriyev: “Sənaye parklarında rezidentlər üçün infrastruktur qurulur,
müəssisələrin tikintisi gedir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad edilmiş ərazilərdə mövcud Ağdam və “Araz Vadisi İqtisadi
Zonası” sənaye parkları yaradılarkən ilk növbədə sahibkarların təhlükəsiz və
rahat fəaliyyət göstərmələri nəzərə alınıb”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin
(İZİA) İdarə Heyətinin sədriElşad Nuriyev bu gün Gülüstan sarayında keçirilən
ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənaye
Təhlükəsizliyi Zirvə Toplantısı 2023” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sözügedən sənaye parklarının ərazilərində minalarla və
partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıq yüksək idi:

“Artıq bu ərazilər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
tərəfindən tam olaraq təmizlənib, hazırda bu sənaye parklarında rezidentlər
üçün infrastruktur qurulur, bir neçə müəssisənin isə tikintisi gedir”.

Nəzrin Vahid

Source link