Elton Hüseynəliyev toy qiymətlərini niyə artırıb?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Elton Hüseynəliyev növbəti açıqlamalarıyla diqqət çəkib.
“Olay” yazır ki, ifaçı Zamiq Hüseynovun “Toyu konsert şəklində ilk mən
etmişəm” fikirlərinə münasibət bildirib. Bu barədə Hüseynəliyev verilişlərin
birində danışıb.
“Zamiq dostumuzdur, yaxşı ifaçıdır, sözündə də həqiqət var. Elə şeylər var ki,
dostluq xətrinə, yaxşı əməl xətrinə onunla razılaşmaq olar. Rəqabət sənətdə
olmaldır. Ola bilsin ki, hansısa müğənni deyər ki, mən razılaşmıram. Nə olar
ki, razılaşanda. Zamiq elə deyirsə, deməli, yalan demir, düz deyir. Faiq
müəllim (red. Xalq artisti Faiq Ağayev) də ola bilsin gətirib. Toyu konsert
kimi etmək mümkün deyil. Əvvəlini konsert kimi başlayıb, valideynlərin
xeyir-duasından sonra konsert repertuarı oxumaq olar, ondan sonra toy öz
axarına düşməlidir”, – deyə o söyləyib.
Elton həmçinin toy qiymətlərini niyə artırdığına aydınlıq gətirib:
“İlk dəfə toya gedəndə pulu necə böldümsə, özümə pul qalmadı. O vaxt 1000
dollar deyirdik, o qiymətlə başladıq, sonra artırdıq. Beş min manat, yeddi min
manat oldu. Ayda aşağısı 15 toy oxuyurdum. Qiyməti niyə qaldırdım? 10 toydursa,
axırıncı 8-9-cu toy sahiblərinin nə günahı var ki, ora yorğun gedirəm. Ona görə
də qiymət oldu 15 min”.