Elvin Abdullayev: Şəhəri “bozbaş” müğənnilərin fotoları bəzəyir – VİDEO

Elvin Abdullayev: Şəhəri “bozbaş” müğənnilərin fotoları bəzəyir – VİDEO

Baxış sayı: 2. 321 dəfə baxılıb.

ARB Ulduz-un “Şou məkan” verilişinin qonağı olan müğənni Elvin Abdullayev maraqlı açıqlamalar verib.

ÇıxışYolu.Com xəbər verir ki, sənətçi müğənnilərin dırnaqarası yaradıcılığı sayəsində biabırçılığın ortaya çıxdığını söyləyib:

“Bu gün şəhərimizin ən dəbdəbəli yerlərində biz “bozbaş” adlandırdığımız müğənnilərin rəsmini görürük. Mən dəhşətə gəlirəm. Hansısa bir turist keçir və şəkli görür, yanındakından soruşur ki, bu kimdir? Tərcüməçi də cavab verir ki, Azərbaycan sənətçisidir. Düşünür ki, həmin müğənninin bir musiqisinə qulaq assın. Nəticədə, o fikirləşir ki, Azərbaycanın ən brend kateqoriyalı ifaçısı budur. Bu, bizim biabırçılığımızdır”.

Söhbət zamanı ifaçı yeni – “Xoş gəldin” adlı klipindən də danışıb:

“Yeni klipim “Xoş gəldin” adlanır. Söz və musiqisi Arzu Yahyayevaya aiddir. Aranjiman Eyyub Yahyayevindir. İnşallah, klipin qiymətini tamaşaçılar verərlər. İlk dəfədir ki, azərbaycanlı rejissorla çalışıram. Rejissor Elvin Məmmədovdur. Klip Bakıda çəkildi, Pirşağı, Şüvəlan və Hövsanda lentə alındı. Açıq söyləyim ki, çətin bir iş oldu. Çox isti bir vaxta düşdük”.

.
www.ÇıxışYolu.Com