70f37d9a-938f-485b-8f21-66a7b5a5d185..jpg

Elvin Cəfərquliyevin çantasını oğurlayan şəxslə arasındakı insidentin görüntüləri yayıldı – VİDEO

Baxış sayı: 503 dəfə baxılıb.

Elvin Cəfərquliyevin çantasını oğurlayan şəxslə arasındakı insidentin
görüntüləri yayıldı – VİDEO

Ötən gün baş tutan “Neftçi” – “Qarabağ” oyunundan sonra “Köhlən atlar”ın
futbolçusu Elvin Cəfərquliyev azarkeşlə dava edib.

Buna səbəb azarkeşin futbolçunun çantasını oğurlaması olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru
Anar Qafarov bildirib ki, E.Cəfərquliyev qarşılaşmadan sonra çantasının
oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib.
Futbolçunun çantasını oğurlayan stadiona azarkeş qismində gələn şəxs polislər
tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Bundan
sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis
şöbəsinə dəvət edilib. Araşdırmalar davam etdirilir.

Futbolçu ilə saxlanılan şəxs arasında insidentin görüntülərini təqdim edirik:

Source link