Elvis Presli medalla təltif olunacaq

Baxış sayı: 2. 350 dəfə baxılıb.

Elvis Presli medalla təltif olunacaq

ABŞ prezidenti Donald Tramp amerikalı ifaçı və aktyor Elvis Preslini ölümündən sonra Prezidentin Azadlıq medalı ilə təltif edəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ağ evin bəyanatında deyilir.

“Elvis Presli Amerika mədəniyyətini dünyada milyardlarla insana nümayiş etdirib. Ölümündən 40 il sonra da Elvis Presli sarsılmaz Amerika rəmzi olaraq qalır”, – bəyanatda qeyd olunur.

Donald Tramp Preslidən savayı müxtəlif peşə sahibi olan daha 6 nəfəri mükafatlandıracaq. Mərasim noyabrın 16-da baş tutacaq.

www.ÇıxışYolu.Com