213f3703-f064-46d0-8e6e-99878e5e0d27..jpg

Elvis Preslinin 40 il səhrada dayanan təyyarəsi satıldı – FOTO

Baxış sayı: 783 dəfə baxılıb.

Elvis Preslinin 40 il səhrada dayanan təyyarəsi satıldı – FOTO

Elvis Preslinin 1970-ci illərdə, ölümündən bir müddət əvvəl uçduğu dəbdəbəli
şəxsi təyyarəsi hərracda satılıb. Qırx ilə yaxındır ki, təyyarə səhrada boş
dayanıb. “1962 Lockheed 1329 Jetstar” üçün başlanğıc təklif 100 min dollar
olub, lakin yekun qiymət 260 min dollar təşkil edib. Telefonla təklif verən
alıcı anonim qalmaq istəyib.

Qeyd edək ki, təyyarə 1976-cı ilin dekabrında Elvisin ölümündən əvvəl 840 min
dollara alınıb. Daha sonra təyyarə 2017-ci ildə onu hərracda 430 min dollara
alan iş adamı Cim Qaqliardiyə məxsus olub.

Qeyd edək ki, “1962 Lockheed 1329 Jetstar” Preslinin şəxsi təyyarələrindən
yalnız biri olub. Onun “Lisa Marie” adlı xüsusi “Convair 880” və daha bir
“JetStar” təyyarəsi var idi.

Mənbə: focus.ua

Source link