15e2acb4-a759-4daa-b357-3f615c43772b..jpg

Elvis Preslinin yeganə qızı evində ölmüş vəziyyətdə tapılıb – FOTO/VİDEO

Baxış sayı: 493 dəfə baxılıb.

Elvis Preslinin yeganə qızı evində ölmüş vəziyyətdə tapılıb – FOTO/VİDEO

Əfsanəvi musiqiçi Elvis Preslinin yeganə qızı, amerikalı müğənni Liza Mari
Presli 54 yaşında vəfat edib.

Bu barədə onun anası Prisсilla Presli məlumat verib.

“Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı sarsıdıcı xəbəri ürək
ağrısı ilə bölüşmək məcburiyyətindəyəm. O, tanıdığım ən şövqlü, güclü və sevən
qadın idi”, – deyə o bildirib.

Liza Mari Preslini evindəki işçisi huşsuz vəziyyətdə tapıb. Müğənninin əri
həkimlər gələnə qədər ürək-ağciyər reanimasiyası edib. İlkin məlumatlara görə,
onun ürəyi tamamilə dayanıbmış, o, süni komaya salınıb.

Liza atası Elvis Preslinin yeganə varisidir. O, musiqi karyerasına 2000-ci
illərdə başlayıb. Bütün dövr ərzində o, “To Whom It May Concern” (2003), “Now
What” (2005) və “Storm & Grace” (2012) adlı üç albom buraxıb.

Liza Mari uzun müddət “Elvis Presli Xeyriyyə Fondu”na rəhbərlik edib.

Müğənni Maykl Ceksonla evli olub və onun “You are not alone” adlı klipində rol
oynayıb.

Ancaq onların evliliyi il yarım davam edib (1994-1995).

Presli bu həftə “Qızıl Qlobus” Mükafatlarının təqdimetmə mərasiminə
qatılmışdı. Tədbirdə Elvis Preslinin həyatından
bəhs edən “Elvis” (2022) filmində oynayan aktyor Ostin Batler “dram filmində ən
yaxşı kişi rolu”na görə mükafat almışdı.

Mənbə: TMZ


Source link