9c358a7d-fe36-4caf-a098-d3190a145c6d..jpg

Elxan Abdullayev: “Qrupdan çıxmaq şansımız çox azdır”

Baxış sayı: 592 dəfə baxılıb.

Elxan Abdullayev: “Qrupdan çıxmaq şansımız çox azdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan millisi çox çətin qrupa düşdü”.

Bunu İdman.biz-ə Azərbaycanın U-18 millisinin baş məşqçisi Elxan Abdullayev
deyib.

Təcrübəli mütəxəssis Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqasının
püşkatmasında əsas yığmanın qrupunu dəyərləndirib.

Abdullayev bildirib ki, komandamızın C divizionunda yer aldığı 1-ci qrup ən
çətinidir:

“Rəqiblərin adlarından da bəllidir ki, favorit komandalardır. Yalnız Estoniya
bizimlə eyni səviyyədədir. Bu qrupdan çıxmaq şansımız çox azdır. Təəssüflər
olsun ki, daha yaxşı qrupa düşə, asan rəqiblərlə də üzləşə bilərdik. Amma bu,
futboldur, seçimi biz etmirik. Bəxtimizə hansı komanda düşübsə, onunla da
oynamalıyıq”.

Yığmaya uğurlar arzulayan Abdullayev futbolçulardan geyindikləri forma uğrunda
məsuliyyətlə oynamasını da istəyib:

“İşləri çox çətin olacaq. Nə qədər ki, vaxt var, yaxşı çalışmaq lazımdır.
Qələbə üçün isə əllərindən gələni etməlidirlər”.

Qeyd edək ki, C divizionunda mübarizə aparacaq Azərbaycan İsveç, Slovakiya və
Estoniya ilə oynayacaq.

Source link