fca3dbd0-be7f-4179-ad76-31eb6290e974..jpg

Elxan Məmmədov yeni işinə başlayacağı tarixi açıqladı

Baxış sayı: 2. 388 dəfə baxılıb.

Elxan Məmmədov yeni işinə başlayacağı tarixi açıqladı

“Dünən federasiya rəhbərliyinin iştirakı ilə iclas baş tutdu. Mən də
gənclərdən ibarət milliyə baş məşqçi təyin olundum”.

Bunu Cixisyolu.com-a açıqlamasında cüdo üzrə gənclərdən ibarət millimizin yeni baş
məşqçisi Elxan Məmmədov deyib.

O bildirib ki, gənclər millisində işinə tam olaraq fevralda keçiriləcək
Azərbaycan çempionatından sonra başlayacaq:

“Hazırda gənclərdən ibarət millinin təlim-məşq toplanışı yoxdur. Lakin
fevralın 27-də başlayacaq Azərbaycan çempionatı başa çatdıqdan sonra
toplanışımız olacaq. Hazırda böyüklərdən ibarət millimiz təlim-məşq
toplanışındadır. Onların içərisində gənclər millimizin üzvləri də var,
formalarını saxlamaq üçün orada məşq keçirlər. Məşq zamanı onları nəzarətdə
saxlayacağıq”.

Xatırladaq ki, dünya və Avropa çempionu olan Elxan Məmmədov 2018-2021-ci
illərdə əsas millimizdə ukraynalı baş məşqçi Ruslan Maşurenkonun köməkçisi
işləyib. Tokio Olimpiadasında kişi millimizin uğursuz çıxışından sonra o da
digər məşqçilər heyəti ilə birgə avqustda istefaya göndərilib.

Səbuhi Musayev

Source link