Elza İbrahimovanın 80 illik yubileyi niyə keçirilmir?

Elza İbrahimovanın 80 illik yubileyi niyə keçirilmir?

Baxış sayı: 2. 195 dəfə baxılıb.

Böyük sənətkarımız, gözəl bəstəkarımız mərhum Elza İbrahimovanın 80 yaşı tamam olsa da, hələ də onun yubiley tədbiri keçirilməyib. İl başa çatır, amma yubiley tədbirindən bir səs-soraq yoxdur.

ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili Məlahət İbrahimqızı dilə gətirib.

Elza İbrahimovanın 80 illik yubileyi niyə keçirilmir?

O, qeyd edib ki, bu haqda ona E.İbrahimovanın qardaşı deyib, öz narahatlğını bildirib.

“Bu günlərdə Elza xanımın qardaşı mənə bu haqda dedi və öz narazılığını bildirdi. Çünki Elza xanımın dövlət səviyyəsində 80 illik yubeliyinin keçirilməsi ilə bağlı ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı var. Bu sərəncam da 2017-ci ildə imzalanıb. Amma çox təəssüflər olsun ki, həmin vaxtdan bu günə kimi bu məsələ həlli tapmayıb, aidiyyəti qurumlar bu məsələyə diqqət yetirməyiblər.

Artıq il başa çatır. Ona görə Mədəniyyət Nazirliyi, eləcə də, bu məsələ ilə bağlı cavabdeh olan digər qurumlar bu məsələni həll etməlidir. Bu narazılıq, bu etinasızlıq aradan qaldırılmalıdır”, -deyə millət vəkili əlavə edib.

Qeyd edək, Xalq artisti E.İbrahimova1938-ci ilin 10 yanvar tarixində anadan olub.

O, 74 yaşında, 2012-ci ilin fevral ayının 11-də dünyasını dəyişib.

Bir daha xatırladaq ki, prezident İ.Əliyev 22 dekabr 2017-ci il tarixində E.İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, bəstəkar E.İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com