Elza Seyidcahan Flora Kərimovadan üzr istədi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bəziləri dahinin istəyirlər ətini, sümüyünü, iliyini yesinlər. Basdırmağa
gəlməsinlər, qəbrini ziyarət etməsinlər. Amma özlərini elə göstərsinlər ki,
onlardan yoxdur”.
Cixisyolu.com bu sözləri Əməkdar artist Elza Seyidcahan “Elgizlə izlə” verilişinə
telefonla zəng edərkən deyib.
Müğənni ötən gün Xalq artisti Flora Kərimova ilə mübahisəsindən danışıb.
Seyidcahan F.Kərimovadan üzr istəyib:
“Geyimim, musiqim, şeirim övladımdır. Mən yaradıcı insanam, onu qorumağa
məcburam. Mən də öz tərzimlə verilişə gəldim. Daş-qalaq etdilər, efirdə
səsimizi aldılar, guya nə etmişik. Bilən də, bilməyən də danışır. Hər ağız söz
danışmaz, özünüzü biabır edirsiniz. Flora Kərimovadan üzr istəyirəm. Bilsəydim,
dünən belə hal olacaq, xalq mənə görə sizə belə sözlər yazacaq, gəlməzdim.
İstəməzdim səbəb olum, kimsə ürəyində olanları sizə yönəltsin. Nə olar
papağımdan danışırısınız da… Bir az da sənətimdən danışın. Amma sağlığımda
danışacaqsınız. Amma bəziləri kimi məni qəbrə yola salanda danışmayacaqsınız.
Elza Seyidcahan uzunömürlü olacaq”.