f6c183f8-5e6a-4156-99f7-dadbbc752eb7..jpg

Elza Seyidcahan ilə Flora Kərimova arasında qalmaqal: Mikrofonu çırpıb getdi – VİDEO

Baxış sayı: 559 dəfə baxılıb.

Elza Seyidcahan ilə Flora Kərimova arasında qalmaqal: Mikrofonu çırpıb getdi –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Flora Kərimova və Əməkdar artist Elza Seyidcahan arasında gərgin
anlar yaşanıb.

Cixisyolu.com xəbər verir ki, buna səbəb Flora Kərimovanın Elza Seyidcahanın geyiminə
irad bildirməsi olub.

Belə ki, Flora xanım Elzanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə
tacda qatılmasını tənqid edib.

“Necə geyinirsiniz geyinin, mənə dəxli yoxdur. Mənə Azərbaycan qadını kimi
aidiyyəti var. Buna ixtiyarım çatır. Çünki mən sənətin sənətkarıyam. Bundan
başqa, qadın və azərbaycanlıyam. Bir ara inciyib Polşaya getmişdim. Orada bir
aktrisa var idi, gündəm olmaq üçün müxtəlif pozalar verirdi. O bunu məşhur
olmaq üçün edirdi. Lakin məşhur olmağın keyfiyyətləri var. Bu gün bir qayınana
kimi keyfiyyətsiz bir oğlana qızımı verməzdim”.

Ona cavab olaraq Seyidcahan – “Əgər sizin mənim keyfiyyətimə şübhəniz varsa,
əqidəm bir olub. Siz, üzr istəyirəm, ancaq külək kimi əsmisiniz”, – deyə
bildirib.

Daha sonra onun mikrofonu söndürülüb və tərəflər arasında mübahisə davam edib.
Sonda Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib.

Daha ətraflı ARB TV-nin süjetində:


Source link