“ATV maqazin onlarla” proqramının “Hit parad” rubrikasının bu dəfəki qonağı Əməkdar artist Elza Seyidcahan olub.
ÇıxışYolu.Com xəbər verir ki, hərarətli çıxışları ilə seçilən Seyidcahan həmkarlarını yerdən yerə vurub.
O, “Hit parad”da bir ilki yaşadıb. Belə ki, Elza siyahıda olan Damlanın şəklini cırıb atıb. Hərəkəti ilə aparıcıya şok yaşadan Əməkdar artist onu məhkəməyə verəcəyini deyib:
“Mən bu gün səni məhkəməyə verə bilərəm ki, qarşıma belə bir mahnı çıxarmısan. Ona nə qiymət verə bilərəm?
Heç ona qulaq asa bilmərəm. Hansı mahnıdan gedir söhbət? Pis söyüşlərlə dillərə düşüb. Üç ay efirə çıxmasın görək o “damcı” var? Nə nəslim ona qulaq asa bilməz, nə pişiyim qulaq asa bilməz.
Allah ona rəhmət eləsin. Nə də itim ona qulaq asa bilməz. İnsanda neçə sifət olar ki, gələsən efirə, bəzətdirib tək oturasan? Brilliant Dadaşovasan, Nisə Qasımovasan ya Flora Kərimova? Damlayla bir verilişə çıxmışdıq.
Xahiş etdilər ki, Elza xanım, yetim qızdır, icazə verin sizinlə verilişdə otursun. Allah rəhmət eləsin, baxıram ki, yetim deyilmiş, atası rəhmətə gedib.
Bir insan ki, adından utanır, o, atasına görə niyə ağlayır ki? Gəlib adını Damla edib. Yox bir damcı! Elə damcıdı, bu gün var, sabah yoxdu. Sabah adını “Dalğa” qoyar…”
Damla isə müğənniyə “Show news” səhifəsində cavab verib:
“Elza xanım bizim dəyərli bəstəkarımız Arif Məlikovun tələbəsidir. Ali savadlı, peşəkar bəstəkardır. Gözəl bəstələri var. Onun bəzi mahnıları var ki, onları əsər adlandırıram. Etik normalardan kənar bir müsahibədir. Bir pedaqoqa, ali təhsilli birinə bu danışıq yaraşmır. Bu, dinləyicilərimə qarşı hörmətsizlikdir. Mən susuram, aldığım ailə tərbiyəsi, təhsil icazə verməz özümdən böyüklərə cavab qaytarım”.