d106b7d0-dcdc-4d51-acc6-45413bc616fb..jpg

Elza Seyidcahan: “Mənim səsim Ledi Qaqanın səsindən qat-qat yüksəkdir”

Baxış sayı: 479 dəfə baxılıb.

Elza Seyidcahan: “Mənim səsim Ledi Qaqanın səsindən qat-qat yüksəkdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən oxumasam, özüm və ailəm acından ölərik. İşığımız, qazımız, suyumuz
gəlməz. Axşamlar şou-proqramlara gedirəm və oxuya-oxuya içim “qan” ağlayır.
İçimdə deyirəm ki, mənim burada nə işim var? Çünki mənim yerim bura deyil”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan ”Həftənin
qonağı” verilişində deyib:

“Gözəl xalqımız məni sevir. Şou-proqramlarda çıxış etməyi də çox gözəl
bacarıram. Amma mən “itirirəm. Sırf qazanc üçün oxuyuram. Mənim səsim Ledi
Qaqadan qat-qat yüksəkdir. Onda sadəcə imicdir. Həm də bəstəkarlığı yoxdur.
Səsimə konsertimdə qulaq asın, görün hara çatır. Bəzi səs rejissorları
cinayətkarlardır. 2-3 ton aşağı oxuyanları elə duzəldirlər ki”.

Source link