9f44b380-638a-45a4-be66-04a64264a0d6.webp

Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə VERDİ

Baxış sayı: 214 dəfə baxılıb.

Əməkdar artist Elza Seyidcahan tanınmış müğənni Roza Zərgərlini məhkəməyə
verib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Elza Seyidcahan xüsusi ittiham
qaydasında məhkəməyə müraciət edib və Roza Zərgərlinin ona böhtan atdığını
bildirib.

Roza Zərgərli haqqında iddia Cinayət Məcəlləsinin 147-ci (böhtan, yəni yalan
olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu
nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən
əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya
ehtiyatında yayma) maddəsi üzrə icraata götürülüb.

Qeyd edək ki, bu maddə ilə ittiham edilən şəxslər əməlləri təsdiq olunarsa,
1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan
dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah
işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İşə Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, müğənni Roza Zərgərli bir neçə gün əvvəl Əməkdar artist Elza
Seyidcahanla kadr arxasında yaşanan davasından danışıb.

O, “Sözün düzü”ndə bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə Elza
Seyidcahanı təbrik etsə də, xoşagəlməz cavab alıb:

“Dedim ki, bayramdır, etibarsız dünyadır, pandemiya da hamımıza dərs oldu.
Yanımda da şahidlər var, həmin müğənnilərdən soruşa bilərsiniz. Dedim ki, Elza
xanım, sizi də, bacınızı da, nəvənizi də təbrik edirəm. Çılpaqlığı ilə desəm,
biabırçılıq olacaq. Qayıtdı ki, mənimlə barışmaq istəyirsən? Dedi ki, öp
əlimdən, barışaq. Oradakı çaydanı necə götürüb atdımsa, Allah üzümə baxdı ki,
ona dəymədi. Çaydanı qaldırdım, Namiq əlimdən tutdu. Onda gözümü qan örtmüşdü.
Şoka düşdüm. Bu adam nəvəsini yuxarı qaldırdı ki, çaydan uşağa dəysin. Oradakı
sənət adamlarından soruşa bilərsiniz. Nə yalan deyim, söyüşlə danışdım. Qadın
kimi, öz bayramımda səni qadın bilib xüsusi təbrik edirəm. Fikirləşirəm ki, bu
soyuqluq burada bitsin. Deputat olurdun, nə oldu? İlhamə Quliyeva necə qarğış
edibsə, tərpənə bilmirsən. O dünyada səni gözləyir”.

Source link