Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya:
“Məcburdurlar…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Elza Seyidcahan düz deyir, onunla mən də razıyam. Onlar toy tutmaq üçün hər
şeyə gedirlər. Bu gün incəsənət bərbad gündədir”.
Bunu “Qaynarinfo”ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı bəstəkar Elza
Seyidcahanın “bəzi meyxanaçılar bizim uşaqlarımızın tərbiyəsini pozurlar”
ifadəsinə münasibət bildirərkən deyib.
Meyxanaçı bildirib ki, bu gün deyilən meyxanalar cəmiyyətin tələbi ilə
uyğunlaşır:
“Meyxanaçılarda günah yoxdur, bu gün dinləyici onlardan ancaq elə sözlər
gözləyir. Normal sözləri eşidəndə dinləmirlər. Meyxanaçı məcburdur ki,
qeyri-etik sözlər işlətsin. Səliqəli meyxanaya heç kim əl çalmır, şabaş vermir.
Meyxanaçılar da toy bazarı üçün səhnəyə çıxırlar. Cəmiyyət içərisində,
uşaqların arasında “hallıyam”, “kayfdayam”, “kayfım zordur” və s. sözlərini
işlətmək olmaz. Bunlar uşaqların tərbiyəsinə pis təsir edir. Təmiz, gözəl,
səliqəli şəkildə deyilən meyxananı hamı kimi Elza da sevir”.
Samirə Yusifqızı hesab edir ki, Elza Seyidcahan bu fikirlərini bütün
meyxanaçılara şamil etməyib:
“Bəzi meyxanaçıları nəzərdə tutur. Amma mən Elza ilə razıyam, düz deyir. Elə
sözlər var ki, onu cəmiyyət içərisində demək olmaz. Elza sözü düz danışan
adamdır, doğrudan da elə meyxanaçılarımız var”.
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib. O,
meyxanaçıları qeyri-etik ifadələr işlətməkdə ittiham edib:
“Bəzi meyxanaçılar qafiyə tapmayanda, küçə sözlərinə əl atırlar.
Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə
sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç
hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər”.